24 Mart 2017 15:55
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aparılan orta statistik hesablamalara görə, valideynlərin birində anadangəlmə ürək patologiyası varsa, bu, 7-15 faiz hallarda, valideynlərin hər ikisində varsa - 20-30 faiz hallarda övladlara ötürülür”.

Bu barədə Teleqraf.com-a Azərbaycan Tibb Univesritetinin (ATU) Tədris Terapevtik Klinikasından məlumat verilib.

Məlumatda deyilir ki, əgər xəstəlik hər iki valideyndə və ilk uşaqda da varsa, doğulacaq sonrakı uşaqlarda qüsur ehtimalı 40-50 faizə yüksəlir.

Bəs uşaqlarda hansı əlamətlərə görə anadangəlmə ürək qüsurunun olduğunu müəyyən edə bilərik?

1.Hamiləlik dövründə uşağın ana bətnində hərəkətliliyi.
2.Uşağın ananın döşünü əmərkən tez yorulması.
3.Çəkinin, boyun ləng artması.
4. Uşağın başını gec tutması, gec iməkləməsi.
5.Qucağa meyillik.
6. Adi hərəkətdə uşağın rənginin dəyişməsi.
7.Müayinə (bu zamanı dölün də ürək döyüntülərinin olub-olmaması və necə formalaşmasını yoxlatdırmaq vacib şərtdir)

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər