7 Aprel 2017 18:18
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən ilin ilk üç ayı ilə müqayisədə bu ilin analoji dövründə ölkəmizə gələn xarici turistlərin sayında 24,9 faiz artım olub”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, bu il ölkəmizə gələn turistlərin sayında artım var: “2017-ci ilin ilk üç ayı ərzində Azərbaycana 544 min xarici turist gəlib. Təkcə Novruz bayramı ərəfəsində İrandan ölkəmizə gələn turistlərin sayı 65 min nəfərə yaxın olub".

Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanın turizm təhsili müəssisələri qabaqcıl təhsil sistemlərinə uyğun olaraq öz fəaliyyətini davam etdirir: “İndi Azərbaycanda turizm təhsili sahəsində Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kolleci fəaliyyət göstərir. Yaxın vaxtlarda Qusar və Masallı rayonlarında yeni turizm peşə məktəbləri fəaliyyətə başlayacaq. Ümumilikdə isə 15 belə məktəbin yaradılması nəzərdə tutulur”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər