"Azəravtoyol" ASC-dən Teleqraf.com-a daxil olan məlumata görə, məhdudiyyət Binəqədi qəsəbəsindəki Mehdiabad və Novxanı yollarının kəsişməsində inşa olunan yeni dairədən başlayaraq Novxanı qəsəbəsindəki Corat və Masazır yollarının kəsişməsinə qədər olan hissədə tətbiq olunacaq.
"Məhdudiyyət təmir işləri bitənədək qüvvədə saxlanılacaq. Sözügedən yolla hərəkət intensivliyi nəzərə alınaraq işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub. Sürücülərdən alternativ olaraq Novxanı-Masazır yolundan istifadə etməkləri tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.