Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - gün uğurla başlamasa belə, bütün çətinliklərin öhdəsindən gəlin. İşdə ən çətin, qəliz məsələlərin həllində ən uğurlu variantı arayın.
Buğa - situasiyada dəyişikliklər yaranır. Vəziyyət gərginləşə bilər. Fəndgir, sayıq, məntiqli davranın. Planlarınızı kimsə ilə bölüşməyin.
Əkizlər - niyyətləriniz başqaları üçün nə qədər mübhəm qalarsa, məqsədə çatmaq üçün sərf edəcəyiniz səylər bir o qədər az olacaq.
Xərçəng - alış-veriş və investisiyalar üçün uğurlu vaxtdır. Bədxərclik etməyin. Dostlar və tanışlar sizdən yardımları minnətdarlıqla qəbul edəcək, məsləhətlərinizi dinləyəcəklər.
Şir - əməkdaşlıq, işgüzar danışıqlar, həmfikir və müttəfiq axtarışları üçün əlverişli gündür. Yeni tərəfdaş və ya işinizə maliyyə dəstəyi verəcək insan tapacaqsınız. İşgüzar mövqelərinizi möhkəmləndirin.
Qız - təhsil, tədris, ixisasın artırılması, mühazirə, konfrans və seminar üçün əlverişli gündür. Sövdələşmə, anlaşma, razılaşma, hüquqi məsələlərin həlli üçün yaxşı gün deyil.
Tərəzi - ciddi problemlərin həll yollarını arayın. Təhlil sizə aradığınız variantları verə bilər. Bədxahlarla rəqiblərin tələ və sədlərini dəf etməklə yanaşı, onlara qalib gəlməyə çalışın.
Əqrəb - işlə bağlı, habelə şəxsi münasibətlər çərçivəsində mühüm xəbər ala bilərsiniz. Qonaq qəbul etmək, yaxınlarınızı və ailə üzvlərinizi sevindirmək olar. Yanınızda kimsəni darıxmağa qoymayın.
Oxatan - işdə həmkarlar və rəhbərliklə yaranan problemləri dərhal həll edin, münaqişə və qarşıdurmalara səbəb olmayın. Tanışlarınız dəyərli məsləhətlər verə bilərlər.
Oğlaq - çoxsaylı, planlaşdırılmamış və qəfil görüşlər olacaq. İstənilən situasiyada yüksəkdə, özünüzü ən yaxşı yöndən təqdim etməyə hazır olun.
Dolça - ev işlərinin öhdəsindən gəlin. Çətinlik yaranarsa, ailə üzvlərinə müraciət edin. Axşam saatlarında istirahət və əyləncəni unutmayın. Pozitiv emosiyalar və yeni tanışlıqlar istisna deyil.
Balıqlar - dayanıqlı və səbrli olun. Emosiyalara qapılmayın, hisslərin əsirinə çevrilməyin. Yeni imkanlar yaranır. İşinizi daha çox maaşlı yerə dəyişmək, yaxud da karyera pilləkəni ilə yüksəlmək şansları yaranır.
Milli.Az