Sosial şəbəkələrdə siqaret çəkən uşaq kimi tanınan Ardi gün ərzində 40 ədəd siqareti “əridirdi”.
Publika.az xəbər verir ki, dünyanın siqaret çəkən körpə kimi tanıdığı indoneziyalı uşağın artıq 5 yaşı var. Bütün dünyanın səhhətindən nigaran qaldığı uşaq 2013-cü ildən zərərli vərdişlərindən xilas olub.
Ardi Rizal artıq yaşıdları kimi məktəbə gedir və sağlam həyat tərzi keçirir.
Siqareti atdıqdan sonra sürətlə kökələn 5 yaşlı uşağın çəkisi 24 kq-a çatıb.