30 Aprel 2017 17:30
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali dini lideri ayətullah Əli Xamenei İrana qarşı müharibə təhlükəsini xalqın aradan qaldırdığını, ancaq bəzi siyasətçilərin bunu öz xidmətləri kimi təqdim etdiyini bildirib.

Teleqraf.com TASS agentliyinə istinadən verir ki, A. Xamenei bəzi siyasətçilərin belə iddiada olmasını tamamilə yanlış hesab edib.

Qeyd edək ki, İran ali dini liderinin bu bəyanatının hədəfinin prezident Həsən Ruhaninin Nazirlər Kabinetinin üzvləri olduğu şübhə doğurmur. Çünki onlar dəfələrlə bəyan ediblər ki, 2015-ci ildə nüvə razılaşması imzalanmaqla İran ətrafında gərginlik aradan qaldırılıb və İranın nüvə proqramı ilə bağlı məsələnin güc yolu ilə həlli variantı gündəmdən çıxıb.

Xatırladaq ki, mayın 19-da İranda prezident seçkiləri keçiriləcək. İslahatçıların dəstəklədiyi Həsən Ruhani ikinci dəfə bu post uğrunda mübarizə aparacaq. Onun əsas rəqibləri isə mühafizəkar düşərgəni təmsil edən İranın sabiq baş prokuroru Ebrahim Rəisi, Tehranın meri Məhəmməd Bager Qalibafdır.


Müəllif:

Oxşar xəbərlər