AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Akademiyanın Rəyasət Heyətində keçirilən Ümumi yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.
AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən elmi və ali təhsil müəssisələri tərəfindən AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülüb.
AMEA-nın 2 may 2017-ci il tarixli Ümumi yığıncağında aşağıdakı alimlər AMEA-nın həqiqi və müxbir üzvü seçiliblər.
Bundan əlavə, akademik Dilqəm Tağıyev AMEA-nın vitse-prezidenti, Nərgiz Axundova İctimai Elmlər, Nazim Məmmədov isə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölmələrinin akademik-katibi seçiliblər.