Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var, şimal küləyi əsəcək.
Temperatur gecə 11-14° isti, gündüz 20-25° isti, Bakıda gecə 12-14° isti, gündüz 23-25° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 7-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir