Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
İlhamə Əbülfət