Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin, həmçinin, Birinci vitse-prezident və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi altında oyunların hazırlığı üçün çox ciddi və böyük işlərin görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmiz və paytaxtımız oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır.
Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov oyunların nəqliyyat əməliyyatlarına cəlb edilən sürücülərə yol hərəkəti qaydalarına əməl etmələrini, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində sürücülərin üzərinə daha böyük məsuliyyət düşdüyünü xatırladıb. Diqqətə çatdırıb ki, bu işdə yol-patrul xidmətinin əməkdaşları sürücülərə dəstək olacaq.
Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək.
Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli, Oyunların Əməliyyat Komitəsi tərəfindən Bakı Nəqliyyat Agentliyinə həvalə edilən nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində bütün lazımi tədbirlərin icrasının təmin edildiyini diqqətə çatdırıb: “Oyunlar müddətində nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi məzh sürücülərin müəyyən edilmiş vəzifə və funksiyalarını tam məsuliyyətli, ən əsası isə yüksək peşəkarlıqla həyata keçirməsindən aslıdır.
Qarşıdakı günlərdə atletlər və onların məşqçilərinə göstəriləcək nəqliyyat xidmətlərinin keyfiyyətinin məhz yüzlərlə sürücü arasından seçilmiş bu şəxslərin peşəkar fəaliyyətindən aslıdır. Bu gün tutduğumuz vəzifədən aslı olmayaraq hər birimizi IV İslam Həmrəyliyi oyunlarının bir parçasıyıq və bu bir dəyərdir. Düşünürəm ki, Oyunların bir parçası olmaq böyük qürurdur”.
Görüşdə atletlərin daşınması zamanı ortaya çıxa biləcək maneələrin dərhal aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verilib.
İlhamə ƏBÜLFƏT