11 May 2017 12:01
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz yalnız sahibli və qeydiyyatda olan itlərin peyvəndlənməsini, vaksinasiyasını aparırıq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə sahibsiz itlərin qeydiyyatı aparılmır:

“Sadəcə, onu maraqlanmaq lazımdır ki, insanları dişləyən itlərdən nümunə götürülübmü? Bu dişləmə halları həm də məsuliyyətsizlikdən qaynaqlanır. Bu yaxınlarda uşağı küçəyə nəzarətsiz buraxıblar, it də onu dişləyib. Ümumiyyətlə, həmin itlər sığınacağa yerləşdirilməlidir”.

Yolçu Xanvəli sahibsiz itlərin təbii artımının qarşısının alınmasına da münasibət bilidirib:

“Sahibsiz itlərin təbii artımını önləmək üçün kommunal təsərrüfat işçiləri onları sığınacağa yerləşdirilməlidir. Sonra baytar həkimlər dəvət edilərək, heyvanı incitmədən sonsuzlaşdırılması aparıla bilər”.

Son statistikaya əsasən, ötən ilin 6 ayı ərzində 5383 nəfəri it, 440 nəfəri pişik, 210 nəfəri siçovul, 113 nəfəri isə başqa heyvanlar dişləyib.

Yaxın günlərdə Binəqədi rayonunda 3 yaşlı Fəridə Babayevanı və Balakən rayonunda isə Tahir Seyfəddin oğlu Şahquliyevi küçədə sahibsiz it dişləyib.

Şəfiqə Nazimqızı


Müəllif:

Oxşar xəbərlər