11 May 2017 12:46
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-sabit hava şəraitinin, güclü küləyin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, may ayının 12-si gündüz saatlarından küləyin tədricən mülayimləşəcəyi gözlənilir: "Ölkə ərazisində qeyri-sabit hava şəraiti may ayının 13-ü səhər saatlarınadək davam edəcək".

Gülşad Məmmədova qeyd edib ki, bu gün və sabah gün ərzində havanın temperaturu 5-8 dərəcə aşağı düşəcək: "Temperaturun enməsi sabah müşahidə olunacaq. Havanın temperaturu tədricən düzələcək".


Müəllif:

Oxşar xəbərlər