18 May 2017 13:52
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Dəmiryol Xəstəxanasında bəzi şöbələr birləşdiyi üçün işçilərdən ixtisara düşənlər olub.

Bu barədə Teleqraf.com-a xəstəxanadan məlumat verilib.

Məlumata görə, terapiya və cərrahiyyə bölmələrindəki şöbələr birləşdirilib:

“Nəticədə işçilərimiz ixtisar edilir. Deyirlər ki, xəstəxana otelə çevriləcək”.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın sözlərinə görə, xəstəxanada şöbələrin ləğv edilməsi barədə deyilənlər düzgün deyil:

“Bu il dövlət büdcəsi hesabına maliyyə yardımının ləğv edilməsi ilə bağlı xəstəxanaların bəziləri bağlandı, bəziləri isə təsərrüfat hesablı idarəetməyə keçib. Mərkəzi Dəmiryol Xəstəxanasında isə heç bir şöbə birləşdirilməyib”.

Sevinc Qədirova bildirib ki, bu ilin fevral ayında QSC-nin İdarə Heyətinin qərarı ilə təsdiq olunmuş tədbirlər planının müvafiq hissələrinin icrasını təmin etmək məqsədi ilə Həkim-Sanitar Xidmətinin təklifləri nəzərə alınaraq, qanunverucilikdə müəyyən olunmuş qaydada Cəmiyyətin tabeçiliyində olan 10 hüquqi şəxs ləğv edilib:

“Bunlar Kürdəmir, Ucar, Lənkəran, Yevlax dəmir yolu ambulatoriyaları, Salyan, Hacıqabul və Mincivan dəmir yolu xəstəxanaları, Gəncə və İmişli Gigiyena və Epidemiologiya Mərkəzləri və Taun Əleyhinə Stansiyadır. Buna səbəb QSC-nin bölgələrdə fəaliyyət göstərən 10 xəstəxana və ambulatoriyasına dövlət büdcəsindən maliyyə ayrılmaması, onların rentabellilik səviyyəsinin aşağı olmasıdır”.

Sevinc Qədirova qeyd edib ki, xəstəxananın otelə çevrilməsi iddiası isə yalandır.

İlhamə ƏBÜLFƏT


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər