23 May 2017 13:15
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlıq tarixində bir qrup hərbçinin birdən-birə yoxa çıxması kimi hadisələr az olmayıb. Birinci Dünya müharibəsi zamanı britaniyalı hərbçilərin Türkiyənin Çanaqqala yarımadasında itkin düşməsini yada salmaq olar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bir neçə yüz əsgər müəmmalı dumanda yoxa çıxıb və o vaxtdan onları heç kim görməyib. Ancaq son araşdırmalar göstərdi ki, Türkiyənin burada əli olmayıb.

Hərbi gəminin ekipajının yoxa çıxması

1741-ci ildə Alyaskada hərbi gəmidə rusiyalı əsgərlər itkin düşüb. Məlumatlara görə, Amerika kontingentinə göndərilən "Müqəddəs Pavel" gəmisində xüsusi hazırlanmış şəxslər olub. Onlar silah və raketlərlə təmin olunublar. Ancaq gəminin heyəti qəfildən yoxa çıxıb.

İlkin ehtimal kimi hinduların gəmiyə hücum etməsi iddiası irəli sürülürdü Ancaq bu iddia təsdiqini tapmadı. Çünki hindular yaxşı silahlanmış gəmiyə hücum edə bilməzdi. Və əgər hücum etsəydilər, silah səsləri gələrdi.

Sonradan məlum olub ki, gəmi itkin düşən gecə sahildə çox güclü yanğını xatırladan işıq peyda olub. Gəmiçilərin ocaq qalamağa icazısi yox idi. Hindular isə buna qadir deyildilər. İtkin düşən qrupun axtarışı nəticəsiz qalıb.

Çində bütöv bir diviziya itkin düşdü

1937-ci ildə Yaponiyanın xüsusi hazırlanmış silahlı dəstəsi Çinə soxulub. Həmin ilin sonlarında yaponlar Çinin Nankin şəhərinə yaxınlaşıb. Şəhəri 3 min çinlidən ibarət diviziya mühafizə edirdi. Müdaifə mövqeyi tutan diviziya ilə qəfil əlaqə kəsilib. Qərargahda narahatlıq yaranıb və şəhər yaxınlığındakı körpüyə zabitlər göndərilib. Onlar vəziyyəti öyrənməli və qərargaha məruzə etməli idi. Zabitlərin məruzəsinə görə, çinlilər tərəfindən hazırlanan səngər boşd olubr, heç bir əsgər öldürülməyib və silahlar aşkar olunmayıb, hücum izləri də olmayıb.

Səngərlərin boş olduğunu görən yaponlar hücum edir və şəhəri tuturlar. Həmin vaxt məşhur Nankin qırğını törədilir. Qırğın zamanı 300 min çinli öldürülür.


Müəllif: Samir

Oxşar xəbərlər