5 İyun 2017 18:09
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi Feysbuk istifadəçilərinə müraciət edib.

DİM-dən Teleqraf.com-a verilən xəbərə görə, aparılan araşdırmalar və qurumun səhifəsinə ünvanlanmış çoxsaylı müraciətlər nəticəsində Feysbuk sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərdiyi müəyyənləşib.

Həmin səhifə və qruplarda imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

Mərkəz istifadəçilərin nəzərinə çatdırır ki, DİM-in bu səhifədən (https://www.facebook.com/stateexamcenter/) başqa heç bir rəsmi Feysbuk səhifəsi fəaliyyət göstərmir:

"Yalnız bu səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta Feysbuk səhifələrindən istifadə etməyəsiniz".


Müəllif: İlhamə Əbülfət