2 İyul 2017 19:18
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Evyan şəhərində İsmayıllı parkının açılışı olub.

Leman gölünün sahilində salınmış parkda Azərbaycan şairəsi Xurşudbanu Natavanın heykəli ucaldılıb.

Parkın açılışında Evyan şəhərinin meri, Azərbaycanın rəsmi nümayəndələri, Fransadakı səfirliyin əməkdaşları və digər şəxslər iştirak ediblər.

2015- ci ildə İsmayıllı və Evyan şəhərləri arasında dostluq və əməkdaşlıq Xartiyası imzalandıqdan sonra İsmayıllıda Eyvan şəhərinə həsr edilmiş park salınıb.

Parkın açılışı YUNESKO -nun qeyri-maddi mənəvi irsi olan, fransalıların hər zaman böyük maraqla dinlədikləri muğam konserti ilə müşayiət edilib.

/Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər