3 İyul 2017 01:36
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl dünyasını dəyişən Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyevanın sosial şəbəkədə yeni videosu yayılıb.

Teleqraf.com-un məlumatına görə, videonu xanəndənin oğlu anasının adı ilə idarə etdiyi səhifədə paylaşıb.

Görüntüdə xalq artistinin oğlu ilə rəqs etməsi əks olunub.

Xatırladaq ki, Q.Quliyeva iyunun 26-da 67 yaşında dünyasını dəyişib.

Səhhətində ciddi problemlər yaranan Q.Quliyeva bir neçə gün əvvəl Respublika Müalicəvi Diaqnoztika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.


Müəllif: Teleqraf.com