Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ölkənin Medellin şəhərinin notariat kontoru dünyada ilkə imza atıb. Kolumbiyada eynicinslərin evlənməsi 2016-cı ilin aprelində qadağan olunmuşdu.
"Guardian" qəzetinin yazdığına görə, Alexandro Rodrigez, Manuel Bermudez və Viktor Hüqo Prada Medellin şəhərinin notarius qərarı ilə üçlü münasibətlərini rəsmiləşdiriblər.
Yerli media baş verənləri "ilk üçlü eynicinsli evlilik" başlığı ilə təqdim ediblər. 23 yaşlı Prada yerli qəzetə açıqlamasında "özəl olanı hər kəsə bildirmək istədik. Bunu gizlətmək üçün səbəb yoxdur. İnsanlara fərqli eşq və ailə növləri olduğunu izah etmək istəyirik.
Rodrigez, Bermudez və Pradanın mədəni birliyi qanunda evlilik sayılmır. Üçlünün sənədlərini hazırlayan vəkil Rincon-Perfetti qeyd edib ki, Kolumbiya qanunlarına görə, evlilik iki nəfər arasında olur. Ona görə də, bu üçlüyün münasibətləri xüsusi mədəni birlik kimi qeydiyyatdan keçirilib. Vəkil onu da bildirib ki, dünyada üçlü münasibətdə olanlar çoxdur, sadəcə münasibətlərini rəsmiləşdirmirlər. Kolumbiyadakı ilk addımdan sonra üçlü münasibətlərin rəsmiləşdirilməsi tendensiya halı ala bilər.
Sənəddə üçlünün bir ailə və hər birinin digərinin həyat yoldaşı olduğu qeyd edilib. Prada qeyd edib ki, onlar eyni evdə yaşayan üç dost deyillər: "Biz üçlü bir ailəyik. Bundan öncə də bir ailə idik. İndi sadəcə münasibətlərimiz sənədləşdirildi".
18 ildir bir yerdə yaşayan Bermudez və Rodrigez Kolumbiyada 2000-ci ildə ailə quran ilk eynicinsli olub. 8 ildən sonra onlara Aleks Esneider Zabala adlı daha bir nəfər qatılıb. 4 il öncə isə Prada onlara qatılıb. Amma Zabalanın vaxtsız ölümü onların məhəbbətini nakam qoyub.
Kolumbiyada mühafizəkar kəsim bu evliliyə qarşı çıxsalar da, gənclər yaxın vaxtlarda toy etmək niyyətindədirlər.
Hətta qeyd olunur ki, onların nikahını rahibə qılacaq və hər bir "bəy" su, od, torpaq mövzusunda rəqslər edəcəklər. Havaya aid mahnının rəqsini isə dünyasını dəyişmiş keçmiş sevgililəri Zabalaya həsr edəcəklər.