Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan (DİM) Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, IX sinif üzrə buraxılış imtahanları həm forma, həm də məzmun baxımından ötən ilki imtahalardan fərqlənir: "Hər ikisinin nəticələrini müqayisə etmək düzgün olmazdı.
Biz yanlız bu ilki IX sinif buraxılış imtahanının ikinci mərhələsinin nəticələrini ötən illə müqayisə edə bilərik.
Birinci imtahan müqayisə etmək mümkün deyil, çünki keçən il belə bir imtahan keçirilməyib".
DİM-in sədri qeyd edib ki, test imtahanlarının nəticəsi də ötən illə müqayisədə ciddi dəyişməyib: "Onu da qeyd etmək istəyirəm ki, IX sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsi nəticələri gözlənilən idi".
Biz 2012-ci ildən başlayaraq monitorinq imtahanları keçiririk. Bu imtahanların nəticələrindən də görünürdü ki, müəyyən sahələrdə, xüsusilə riyaziyyat fənnində yaddaş məktəbindən təfəkkür məktəbinə keçid tam şəkildə başa çatmayıb".