12 İyul 2017 14:29
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana ölümlərinin profilaktikası və Doğuşayardım Komissiyasının işinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə sabahdan Bakı və ətrafı rayonlarda yoxlama aparılacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova deyib.

O bildirib ki, yoxlamalar 20 gün davam edəcək: “Arayışlar tərtib olunacaq. Məqsəd əlavə üsullardan istifadə etməklə, doğuşa yardım xidmətini təkmilləşdirmək və yaxşılaşdırmaqdır. Bu, planlı yoxlamadır. İldə 1 dəfə bu cür addımlar atılır”.

Sevinc Məmmədova qeyd edib ki, bu il 13 ana ölümü baş verib: “8 ana ölümü araşdırılaraq nəticələri barədə ictimaiyyətə məlumat verilib. 5 ana ölümü isə araşdırmadadır”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər