15 İyul 2017 08:17
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əpl” şirkətinin mühəndisləri “Ayfon 8” smartfonunun kamerasının funksionallığını artıracaq üçölçülü lazer skanetmə sisteminin yaradılması üzərində çalışırlar.

Teleqraf.com ICTnews-a istinadən xəbər verir ki, qurğunun əsas kamerasında əlavə reallıqla işdə təsvir dərinliyinin ölçülməsini, eləcə də çəkilişin sürətli avtomatik fokuslamasını təmin edəcək vertikal rezonatorlu səthi şüalanma lazerindən (VCSEL) istifadə olunacaq.

Məlumata görə, lazer şüalanma mənbəyindən, obyektiv, sensor və prosessordan ibarətdir. Sistemin qiyməti hər smartfon üçün 2 dollar təşkil edəcək.

Bununla belə, şirkət mühəndislərinin “3D” lazer skanetmə sistemi üzərində işi “Ayfon 8” modeli satışa çıxarılanadək başa çatdıra biləcəklərinə əminlik yoxdur. Yeni sistemin 2018-ci ildə işıq üzü görəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər