Mərkəzdən Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul olanlar DİM-in elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”lərinin istifadəçi adını, namizədin elektron ərizələrinin iş nömrəsini və tələb olunan sənədləri sabahdan başlayaraq, iyulun 24-dək Səhiyyə Nazirliyinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
Qeydiyyatdan keçmə ixtisaslar üzrə müəyyənləşdirilmiş qrafik üzrə aparılacaq.