Bunu Teleqraf.com-a Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.
Partiya sədri bildirib ki, ötən gün Partiyaların Əməkdaşlıq Mərkəzinin toplantısı keçirilib və bu toplantıda yeddi partiya sədri iştirak edib. Onun sözlərinə görə, 3 həftə ərzində hər partiya özünün gələcək fəaliyyət planını müəyyən edəcək.
Əli Əliyev deyib ki, 7 partiya 3 ildən çoxdur ki, əməkdaşlıq edir: “Partiyaların bir-biri qarşısında ciddi öhdəliyi olmasa da, bu, son illərin ən yaxşı formatlarından biridir”.
VİP sədrinin sözlərinə görə, 3 həftə müddətində partiya sədrləri arasında görüş olmayacaq: “Partiyaların özlərinin daxili məsələləri, sədrlərin məzuniyyət məsələsi var. Ümumi razılıq budur ki, üç həftə toplaşmayaq. Üç həftədən sonra yenidən toplaşacaq və fəaliyyətimizi davam etdirəcəyik”.