Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilib ki, bu barədə DİM-ə müraciətlər daxil olub və onlar araşdırılıb.
“Aparılan araşdırmalar nəticəsində həmin səhifə və profillərdə imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazıldığı məlum olub. Nəzərinizə çatdırırıq ki, DİM-in İnstaqram sosial şəbəkəsində heç bir səhifə və ya profili fəaliyyət göstərmir. Sizdən xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta səhifə və profillərlərdən istifadə etməyəsiniz.