29 İyul 2017 00:32
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Tavuş rayonunun Noemberyan kəndində yerləşən hərbi mövqelərindən birində müddətdən artıq xidmət edən hərbçi ölüb.

Teleqraf.com xəbər verir ki, 33 yaşlı Arkadi Hambaryan odlu silah yarasından keçinib.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan təsdiq edib.
Hərbçinin hansı şəraitdə öldüyü açıqlanmır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər