31 İyul 2017 01:38
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan avtomobillərini texniki baxışdan keçirməyən sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Teleqraf.com xəbər verir ki, xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti iyul ayının 31-də başa çatır.

Bu səbəbdən nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə edən avtomobil sahibləri avqustun 1-dən inzibati məsuliyyətə cəlb olunacaqlar. Buna görə fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq ediləcək.

Qeyd edək ki, mövcud qaydalara görə, minik avtomobilləri 1 may - 31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə, ondan sonrakı müddətdə isə hər il texniki baxışdan keçirilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər