8 Avqust 2017 16:44
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görəsən Aslan İsmayılov bir neçə gün əvvəl yazdığı böhtanları nədən bu gün rus dilində yenidən təkrarlayıb?

Teleqraf.com xəbər verir ki, bu sözləri Aslan İsmayılov Ənnağı Hacıbəyli və İntiqam Əliyev haqqında yazdığı fikirləri rus dilinə çevirərək yenidən Feysbukda paylaşandan sonra Ənnağı Hacıbəyli qələmə alıb.

Ənnağı Hacıbəyli qeyd edib ki, Aslan İsmayılov pula görə, ona hörmət qoyan, irəli çəkən şəxsləri tək qoyub:

“Görəsən Aslan İsmayılov bir neçə gün əvvəl yazdığı böhtanları nədən bu gün rus dilində yenidən təkrarlayıb? Gerçəkdən anlamıram. Amma bu yadıma bir əhvalatı saldı. Bir dəfə Aslan dedi ki, Mən İlyas İsmayılovun qapısında “...” olmağa da hazıram. Dostlardan biri dedi ki, Aslan, belə deməzlər, de ki, o mənə çox yaxşılıq edib, ona borcluyam. Aslan dedi ki, yox, siz başa düşmürsünüz, o mənim üçün nələr eləyib. Bu hadisədən bir neçə il sonra İlyas müəllim və oğlu Etimadla İlham Rəhimov mübahisə edəndə Aslan ona dəxli olmayan dartışmaya soxulub İlham Rəhimovu müdafiə elədi. Onda Etimad İsmayılov bunu çox dəqiq izah elədi: Aslan İlyas müəllimi “kaşelyoka” dəyişdi. Amma burada təəccüblü bir şey yox idi. İlyas müəllim daha nazir və deputat deyildi. İndi bizim üstümüzə cummaq da bir nov adətkarlığın nəticəsidir”.

Xatırladaq ki, ötən həftə ölkənin tanınmış hüquqşünasları Ənnağı Hacıbəyli ilə Aslan İsmayılov arasında sosial şəbəkələrdə qarşıdurma yaranmış, tərəflər bir-birinə qarşı statuslar yazaraq ağır ittihamlar səsləndirmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər