10 Avqust 2017 09:22
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobilin elektrik sistemində problem yaranan zaman alışma baş verir.

Bunu Teleqraf.com-a açıqlamasında “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, elektrik sisteminə müdaxilə olan avtomobil çox asanlıqla yanmağa məhkumdur:

“Problem müxtəlif səbəblərdən qaynaqlanır. Bunlara qanunsuz müdaxilələr, qurğuların dəyişdirilməsi və sair aiddir. Adi siqnal qurğusunu dəyişəndə naqilləri düzgün qoşmurlar və yaxud başqa qurğular qoyulur. Nəticədə həmin qurğunun gücü çatmır və naqil yanır”.

Ekspert bildirib ki, avtomobillərin mühərrikində tez yana bilən maddələr var:

“Alışma baş verən zaman dərhal od söndürülməsə, avtomobili alov bürüyür və artıq yanğınsöndürənlə də söndürmək mümkün olmur”.

Ərşad Hüseynov qeyd edib ki, avtomobillərin yanmasında benzinin heç bir rolu yoxdur:

“Benzin yanıcı bir mayedir. Onunla düzgün davranmasan, istənilən yerdə yana bilər. Avtomobillərin yanmasında benzinin heç bir rolu yoxdur. Benzinlə işləyən maşınları düzəldən mühəndislər də yanacaq çənində təhlükəsizlik yanacağını, yanacaq magistiralını, mühərrikdə yanma prosesi elə quraşdırılıb ki, orada heç bir problem ola bilməz”.

Qeyd edək ki, son günlər qəzaya düşən avtomobillərin yanması halı tez-tez təkrar olunur. Sosial şəbəkələrdə isə maşınların yanmasını benzinlə əlaqələndirirlər.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər