Teleqraf.com-un məlumatına görə, bu sözləri tanınmış jurnalist Şahin Cavadsoy sosial şəbəkədə yazıb.
O, Milanın ölüm xəbərinin yalan olması ehtimalından danışıb:
“Əziz dostlar, dünən bütün xəbər saytları aktrisa Mila Əminənin vəfat etməsi barədə yazdı. Hazırda onun Türkiyə xəstəxanalarından birində olduğu, beyninin öldüyü və artıq hər şey üçün gec olduğu deyildi. Amma biz dostları olaraq inana bilmədik və xəstəxanaya zəng elədik. Belə bir xəstənin xəstəxanada qeydiyyatda olmadığını dedilər. Buna necə inanaq ki, həqiqətən bu insan həyatdan köçüb?”