15 Avqust 2017 08:22
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən istifadə edənlərin sayı yarım milyonu ötdü.

Teleqraf.com xəbər verir ki, "Pulsuz Vay-Fay" xidmətinin 500 000-ci istifadəçisi Bakı şəhər sakini Aysel Ələsgərova olub.

Bu gün "Baktelecom" şanslı istifadəçini mükafatlandırıb.

Qeyd edək ki, ötən həftədən "Pulsuz Vay-Fay-ın sosial şəbəkədəki səhifəsində start verilən "500.000-ci ol, hədiyyəni apar" sloqanı ilə təqdim olunan kampaniya istifadəçi sayının artmasını stimullaşdırıb.

Məlumat üçün bildirək ki, "İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.

Yaxın zamanda Hüseyn Cavid və Dədə Qorqud parkları da "Pulsuz Vay-Fay" xidmətinin əhatə zonasına daxil ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər