24 Avqust 2017 13:41
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycana yeni səfir təyin edib.

APA-nın Aİ Xarici Əlaqələr Xidmətinin saytına istinadən verdiyi məlumata görə, yeni səfir Kestutis Yankauskasdır.

O, hazırda Gürcüstanda Aİ Monitorinq Missiyasına rəhbərlik edir.

Kestutis Yankauskas bu vəzifədə Malena Mardı əvəzləyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər