Qurban bayramı ilə əlaqədar baytarlıq nəzarətinin gücləndirilməsi haqqında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən əmr imzalanacaq.
Bunu Teleqraf.com-a açıqlamasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.
Onun sözlərinə görə, tədbirlər planına əsasən şəhər və rayonlarda baytarlıq sanitariya tələblərinə cavab verməyən ərazilərdə, ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satış və kəsim aparan fiziki və hüquqi şəxslərə qarşı tədbirlər görüləcək: “Qanunsuz ərazilərdə qurban kəsən şəxsləri cərimə gözləyir. Fiziki şəxslər 200-300 manat, vəzifəli şəxslər 500-600 manat, hüquqi şəxslər isə 1000-2000 manat arası cərimələnəcəklər.
Əmrə əsasən, baytarlıq idarələrinə müvafiq tapşırıqlar veriləcək. Qurbanlıqların kütləvia satışı və kəsimi üçün xususi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, baytarlıq şəhadətnaməsi əsasında heyvanların gətirilməsi, baş verə biləcək təhlükəli xəstəliklərin qarşısının alınması nəzrədə tutulur.
Bayramla əlaqədar ayrılmış məntəqələrdə kəsim də mütəxəssislərimizin nəzarəti altında aparılacaq”.