1 Sentyabr 2017 21:39
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hökumətinin nümayəndələri Qurban bayramı münasibətilə Tbilisi Cümə məscidinə baş çəkiblər.

Gürcüstanın qaçqınlar və yerləşdirmə üzrə naziri Sozar Subari çıxışında müsəlman icmasını müqəddəs bayram münasibətilə təbrik edib: “Qurban bayramı xeyirxahlıq və sülh bayramıdır. Gürcüstan hökuməti adından sizi bayram münasibətilə təbrik edirəm”.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü, millət vəkilləri və digər rəsmi şəxslər iştirak edib.
\APA\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər