3 Sentyabr 2017 18:16
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, azərbaycanlı tenor ustası Yusif Eyvazov həyat yoldaşı, 45 yaşlı rusiyalı opera müğənnisi Anna Netrebko ilə birgə Asiya-Avstraliya turu çərçivəsində konsert verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Seul İncəsənət Mərkəzinin saytında yer alıb. Sözügedən məkanda baş tutacaq tədbir oktyabrın 9-da reallaşacaq.

Konsertdə Koreya Simfonik Orkestrinə Mixail Tatamikov dirijorluq edəcək.

Qeyd edək ki, Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib. O, Azərbaycanın ən yüksək keyfiyyətli və güclü kişi səslərindən sayılır.


Müəllif: Könül

Oxşar xəbərlər