6 Sentyabr 2017 16:17
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Cavid Qurbanovun bir qrup jurnalistə ev hədiyyə etməsi məsələsi yalandır.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

Onun sözlərinə görə, jurnalistlərə ev verilməsi məsələsi cənab Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilir: “Cavid Qurbanovun nə şəxsi tikinti şirkəti, nə də jurnalistlərə ev hədiyyə etmək üçün səlahiyyəti var. Yayılan xəbər əsassızdır”.

Qeyd edək ki, bəzi KİV-lərdə yayılan məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri, millət vəkili Cavid Qurbanov iyul ayında Prezident İlham Əliyevin sərəncamı əsasında mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilmiş 2-ci binada mənzillərin bölgüsü zamanı mənzil sahibi ola bilməmiş bir qrup jurnalistə ev bağışlayıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər