Türkiyədən Avropaya ixrac olunduğu bildirilən zərəli yumurtaların Azərbaycana da gəlməsi ehtimalı daim var.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycana Türkiyədən yumurta idxal edilmir:
“Ancaq azad bazar iqtisadiyyatının olması və Türkiyə ilə ölkəmizin güclü ticarət əlaqələrinə görə, həmin yumurtaların Azərbaycana gəlməsi ehtimalı daim həmişə var”.
Qeyd edək ki, Avropada milyonlarla yumurta tərkibində zəhərli maddə aşkarlanması səbəbindən məhv edilib. Avropa Komissiyası həmin zəhərli maddələrin Türkiyə, Rusiya və ABŞ-dan idxal olunan yumurtalarda da aşkarlandığı bildirib.