7 Sentyabr 2017 08:58
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərnişin avtobuslarında hər hansı şəxs tərəfindən sərnişinlərə qarşı qayda pozuntuları baş verərsə, sürücünün hərəkətinə mane olan olarsa, BNA müvafiq qurumlara müraciət edir.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Teleqraf.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, uyğun dövlət qurumları isə həmin məsələni təhlil edib, hər hansı cəza və cərimə tətbiq ediləcəyini təyin edir:

“BNA özü isə sərnişinlərin ictimai nəqliyyatda etik davranış qaydalarına əməl etməsi istiqamətində maarifləndirmə işləri aparır. Məsələn, “İctimai Nəqliyyatda Davranış Qaydaları” adlı kitabça hazırlamışıq ki, onları orta məktəblərdə təlimlər təşkil edərək, şagirdlərə paylayırıq. Eyni zamanda Feysbuk profilimizdə maarifləndirici posterlər paylaşırıq. Videoçarxlar hazırlanıb, efirlərdə yayılmanması təmin edilib. Bunlardan əlavə, dayanacaq məntəqələrindəki monitorlarda posterlərimiz qurulub. Bütün maarifləndirmə tədbirlərinin hamısı bir çətir altında toplanaraq, “Bir yoldayıq” sosial maarifləndirmə layihəsi adı altında təqdim edilir”.

Qeyd edək ki, mətbuatda tez-tez sərnişinlərin hüquqlarının pozulması, sürücülərin hərəkətinə mane olma halları, yəni silahla sürücünün təhdid edilməsi ilə bağlı məlumatlar işıqlandırılır. Sonuncu belə hadisə sentyabrın 3-də, 96 saylı marşrut avtobusunda baş verib. Hadisə zamanı sərnişin avtobusu dayanacaqdan kənar saxlamayan sürücüyə bədən xəsarəti yetirib və onu boğmağa çalışıb. Baş verənlər avtobusdakı təhlükəsizlik kamerasına düşüb.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər