11 Sentyabr 2017 15:04
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərnişin qatarlarına tələb olunan sayda vaqon qoşulur.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

Onun sözlərinə görə, yeni dərs ilində sərnişin axınının artması adi hala çevrilib: “Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin kollektivi 15 sentyabr - yeni dərs ili ərəfəsində gücləndirilmiş iş rejimində çalışır”.

Sevinc Qədirova qeyd edib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində də ciddi işlər görür: “Yeni dərs ili ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına tələb olunan sayda vaqonun qoşulması təmin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər