Kənd təsərrüfatı naziri Heydər Əsədov Salyanın Şorsulu kəndində yeni istifadəyə verilmiş pambıq qəbulu və sort-sınaq məntəqələrində olub.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Heydər Əsədov pambıq qəbulu məntəqəsində yaradılmış şəraitə baxış keçirib, burada pambığın qəbulu, keyfiyyəti, qurudulması və məhsulun tayalara vurulması prosesi ilə tanış olub.
Nazirə bildirilib ki, obyekt ölkənin pambıqçılıq rayonlarında inşa olunan 12 məntəqədən biridir.
Sonra Heydər Əsədov Salyan sort-sınaq məntəqəsində pambıq toxumçuluğu üçün əkilib-becərilən pambıq sahələrini gəzib, bitkinin dərmanlanması və məhsul yığımına hazırlıqla tanış olub. Sahədə pambıqçılarla görüşən nazir Azərbaycanda aqrar sektorun kompleks inkişafı ilə bağlı dövlət başçısının son illlər imzaladığı sərəncamlar və verdiyi tapşırıq və tövsiyələrdən danışıb.
Nazir bu mövsüm pambıq yığımı zamanı heç bir çətinliyin olmayacağını: “Görülmüş işlərin müsbət nəticəsidir ki, qısa müddətdə respublikada 20 min ton pambıq yığılaraq pambıq qəbulu və tədarükü məntəqələrinə verilib”.