Səudiyyə Ərəbistanında qadınlar da fitva verə biləcək.
Teleqraf.com xəbər verir ki, 150 nəfərlik Şura Məclisində aparılan müzakirə zamanı 107 nəfər qadın müftilərin fitva verilməsi prosesində iştirakını dəstəkləyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Abdul Əziz əl-Suad bir neçə gün öncə qadın hüquqları ilə bağlı yeni fərman imzalayıb.
Yeni fərmanla qadınlara sürücülük hüququ verilib.