Amerikada Hari Duqlas və Dein Her tərəfindən ortaya çıxarılaraq inkişaf etdirilmiş layihə əslində sahib olduğumuz güclərin geri gətirilməsi üzərinə edilmiş bir çalışmadır. “Access” arzu etdiyimiz həyatı yaşamağa qoymayan vərdiş, mühakimə və qərarları tez, asanlıqla və pratik şəkildə dəyişdirə bilməyimiz üçün bizlərə hər an istifadə edə biləcəyimiz vasitələr təqdim edir.
“Access”in hədəfi özümüzü dəyişdirərək həyatımızdakı dramatik hadisələri, travmaları dəyişdirə bilmə ehtimalını artıracaq qədər yetərli şüurda ola biləcəyimiz bir sahəyə gətirməkdir. “Access” fərqli bir həyatınız və fərqli bir reallığınızın olması üçün sizə həyatınızda yolunda getməyən şeyləri dəyişdirməyə kömək olacaq vasitə və texnikaları vermək üçün planlanmışdır.
Başımızda elektromanyetik yüklərin saxlandığı 32 nöqtə var. Bu enerji yükləri bizim davranışlarımıza və funksiyaları necə yerinə yetirdiyimizə təsir edir. Bu 32 nöqtə barlar indiyədək hər hansı bir şey haqqında sahib olduğumuz bütün düşüncələrin, fikirlərin, qərarların və inanclarımızın elektromanyetik tərkiblərini yığır.
Barları işlətdiyimiz zaman yaşadığımız və illər boyu saxladığımız düşüncələrin, duyğuların və hisslərin elektrik yüklərini buraxmağa başlar, həyatınızın fərqli sahələrini və bədəniniz ilə əlaqəli sahib olduğunuz bütün sərhədləri təmizləməyə başlayarsınız - irəli getməyə mane olan sabit yanaşma tərzi, mühakimələr, qınamalar, mənfi duyğular və məhdud inanclar silinir. Sadəcə barlara incə bir şəkildə toxunaraq orada indiyə qədər yığdığımız hər şeyi təsirli bir şəkildə silərsiniz. Elm sübut edib ki, düşüncələrimiz molekullarımıza təsir edir və xəstəlik, rahatsızlıq və yaşlanma yaradır. Bütün bu düşüncələr bədənimizdə orqanlarımızın hüceyrə yaddaşında saxlanır. Barları işlətmək bədənimizə daha çox rahatlıq, dinclik və hüzur gətirir və bütün şəfa qapıları açılmağa başlayır. Barlarla işləmə nəticəsində həyatınız boyunca yığdığınız yüklər dosyalardan silinir və bir daha avtomatik olaraq geri yüklənmir.
Yaşadığınız müddətdə daha çox var olmağa başlarsınız, fərqli bir tərəfdən xüsusiyyətləriniz ortaya çıxar və gələcək ehtimalları dəyişdirərsiniz.
Nərgiz Musayeva, “Access Bars” təlimçisi