13 Noyabr 2017 18:34
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyası ilə təmin olunanlardan 8 575 nəfəri gözdən əlillərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, onlara ödənilən əmək pensiyasının orta aylıq məbləği 286,4 manat təşkil edir.

Əmək pensiyası almaq hüququ olmayan gözdən əlillər isə aylıq sosial müavinətlə təmin edilirlər. Eyni zamanda, əmək pensiyası hüququ olmayan ümumi səbəblərdən I qrup əlilliyi olan şəxslərə, o cümlədən I qrup gözdən əlillərə aylıq sosial müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri də ödənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən gözdən əlillərin peşə reabilitasiyası istiqamətində görülən işlərin davamı olaraq, bu il 50 nəfərədək gözdən əlil şəxs üçün brayl sistemi üzrə peşə hazırlığı kursları təşkil edilib. 2013-cü ilin dekabrında açılışı olan Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzində ötən dövrdə 1250 nəfər gənc müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına qəbul edilib ki, onlardan bir hissəsi də gözdən əlil şəxslər olub.


Müəllif: İlhamə Əbülfət