15 Noyabr 2017 21:17
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 14 noyabr tarixli sərəncamı ilə Mirhəşim Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilib.

Sərəncamda deyilir: "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

Mirhəşim Əhməd oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilsin."

M.Seyidov 17 noyabr 2015-ci ildə V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini vəzifəsinə seçilmişdi. 21 saylı Məzrə Seçki Dairəsindən deputat Mirhəşim Seyidov bundan əvvəlki tərkibdə də Ali Məclis sədrinin müavini olub./Naxcivantv/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər