22 Noyabr 2017 15:42
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ödənişli təhsil alan tələbələrin təhsil haqlarının ödənilməsi üçün “Maarifçi” Tələbə Kredit Fonduna dövlət tərəfindən vəsait ayrılmasına ehtiyac var.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri millət vəkili Fuad Muradov Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.

Millət vəkili təhsil sahəsində mühüm islahatlar həyata keçirildiyini, lakin bir sıra sahələrə diqqətin ayrılmasına ehtiyac olduğunu bildirib: “Təhsil sahəsində uğurlu addımların davam etdiriləcəyinə inanıram. Lakin Komitəyə müraciətlər əsasında gənclərin təhsil haqqını ödəməkdə çətinlik çəkdiyini müşahidə edirik. Bu məqsədlə ölkədə “Maarifçi” Tələbə Kredit Fondu fəaliyyət göstərir. Bu Fond universitetlər tərəfindən maliyyələşdirilir, lakin bura dövlət tərəfindən də vəsait ayrılmasına ehtiyac var”.

F.Muradov təmsil etdiyi Xətai rayonunda illərdir istilik probleminin həll edilməməsindən də danışıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə biləcəyini deyib: "Azəristilik" Səhmdar Cəmiyyətinin fəaliyyəti məsələsini dəfələrlə gündəmə gətirmişik. Təmsil etdiyim Xətai rayonu daha çox sənaye istiqamətli olub. Bu gün həmin rayonda ciddi istilik problemləri var. Bu məsələ ilə bağlı kimə müraciət edəcəyimi bilmirəm. Bir yolumuz qalıb ki, hüquq-mühafizə orqanlarına müraciət edək. “Azəristilik” və “Azəriqaz” arasındakı problem insanlara çətinlik yaradır. Hesab edirəm bu qurumların özəlləşdirilməsi məsələsi gündəmə gəlməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər