23 Noyabr 2017 14:24
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial müavinətlərlə bağlı islahatların artırlmasına ehtiyac var.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, hazırda sosial müavinətin məbləği çox aşağıdır: “Sosial müavinətlərlə bağlı islahat aparmalıyıq. Hazırda sosial müavinət növlərinin sayı 20-dir. Lakin bəzi sosial müavinətlər var ki, onlar üçün aylıq ödənişlər 5-12 manat məbləğindədir. Əlbəttə, bu məbləğ əhalinin həyat şəraitinin yaxşılaşdırması üçün o qədər də effektli rəqəm hesab edilə bilməz. Yaxşı olar ki, sosial müavinətlərin çeşidini azaldaq, lakin verilən məbləğ artırılsın. Bununla yanaşı biz planlaşdırırdıq ki, ehtiyac meyarı qaldırılıb yaşayış minimumuna çatdırılmalıdır. Lakin ildən-ilə bu rəqəmlər arasında ciddi fərq müşahidə edilir ki, bu da kasıblıq hədddində olan vətəndaşaların sayını artıracaq”.

Millət vəkili bildirib ki, əməyin ödənilməsində tarif cədvəlinə yenidən baxılmalıdır: “Dövlət qulluqçuları, millət vəkilləri də bu siyahıya salınmalıdır ki, maaş artanda hər kəsin maaşına təsir etsin. İnflyasiyaya uyğun olaraq maaş artımı hər kəsin əmək haqqına təsir etməlidir. Bundan qorxmaq lazım deyil. Əmək haqqı 4 faiz olsda da, inflyasiya 14 faiz olub. Bu da nəzərə alınmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər