Bakıda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 90 kvadrat metr olan avtomobil yuma məntəqəsinin içərisindəki əşyalar yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavanı əriyib.
Yanğın zamanı orada işləyən 1 nəfər avtomobil yuma məntəqəsində tüstüdən zəhərlənib. Avtomobil yuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.