14 Dekabr 2017 10:47
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səmada baş verəcək növbəti "meteorit seli"ni adi gözlə də müşahidə etmək mümkün olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Ətayi Ədalət deyib.

Onun sözlərinə görə, bu il dekabrın 4-dən meteoroit hadisəsi baş verir.

Bu hadisələrin dekabrın 17-dək baş verəcəyini deyən Ə.Ədalət qeyd edib ki, dekabrın 13-ü və 14-də bu proses daha da sürətlənəcək:

"Bundan sonra səmada müşahidə edilən meteoroit hadisələrinin sayı azalacaq və sonra tamamilə dayanacaq. Dekabrın 13-də və 14-də gecə saat 2-dən səhər saat 6-yadək havada meteoroit hadisəsini adi gözlə izləmək mümkün olacaq. "Əkizlər" bürcündən çıxan meteor hissəcikləri havada yüksək sürətlə hərəkət etdikdə qızacaqlar. Onlar əvvəlcə qırmızı, sonra bönəvşəyi rəngdə görünəcək, daha sonra isə kül hissəciyi kimi havaya səpələnəcəklər. Onların ölçüsü kiçik olduğundan atmosferdə yanaraq yoxa çıxacaqlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər