Bu gün səhər saatlarından etibarən Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı, yol anidən hərəkət üçün dayandırılıb və bununla bağlı olaraq 6 və 8 saylı marşrut xəttlərimizin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
BakuBus MMC-dən Teleqraf.com-a verilən məlumata görə, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək Azadlıq m/s dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslarımız müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edirlər.