19 Dekabr 2017 09:36
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dekabrın 22-də saat 11.00-da Oğuz şəhərində, Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.

FHN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda yalnız Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında dekabrın 21-i saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər