21 Dekabr 2017 15:19
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:25

“COCO” dükanında müştəri ehtiyatsızlıqdan sancaq aksesuarın iki düyməsini qırdığına görə 45 manat cərimə olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Məlumata görə, Qazıbəyova Leyli Cəmil qızı quruma ərizə yazaraq bildirib ki, dekabrın 19-da Bakıda, Xəqani küçəsi-21 ünvanda yerləşən “COCO” dükanına gedib: “4 yaşlı övladım çox sıxlıq olan dükanda manikenə toxundu, maniken aşdı və pencəyin yaxasındakı dəmir “broşka” harasa toxundu .

”Broşka”ya yapışdırılmış 15 ədəd rəngli kiçik bəzəkdən 2-si qopdu, amma qırılmadı. İşçilər bizi dükandan buraxmayacaqlarını bildirdilər və qopmuş düymələr üçün 45 manat pul tələb etdilər. Halbuki bu kiçik plastmas (və ya şüşə) düyməcikləri istənilən yapışqanla bir dəqiqəyə asanlıqla yerinə yapışdırmaq olardı. Əslində dükanda bizi “həbs” edib 45 manat tələb etdilər.

Məcbur qalıb 45 manatı ödədim, amma mənə kassa çeki təqdim olunmadı, sadəcə “broşka”nı selofana qoyub mənə verdilər. Evdə atam bunu bildikdə “broşka”nı götürüb dükana getdi.

O, mağazada “broşka”nın və düşən plastmasın qiymət sənədini tələb edib. Ancaq ona da sənəd göstərilməyib.

Düşünürəm ki, bu haqsızlıqdır, “broşka”nın qiyməti maksimum 10 manat ola bilər, qopan şüşəni asanlıqla yapışdırmaq mümkündür və bunu edə bilərəm. Ancaq buna razılıq versələr…”

***

“COCO” dükanı rəsmi Feysbuk hesabında mövzü ilə əlaqəli paylaşım edib.

Paylaşımda bildirilib ki, onlar şikayətçi xanımın pulunu geri qaytarmağa hazırdırlar.

"Əzizi izləyicilər. KİV-də bizim haqqımızda xəbər yayılıb. Belə ki, müştəri L. Qazibəyovaya dəfələrlə xəbərdarlıq edildi ki, şüşəli vitrinli mağazada uşağına diqqət yetirsin. Uşaq hər yeri dağıdır və özünə xətər gətirər.

Buna baxmayaraq, xanım dedi ki, uşağıma siz baxmalısınız.

Sonda uşağı manekeni yerə çırpır və xanım qırılan broşun 45 AZN ödənişin edib gedir.

Axşam xanımın ailə üzvü gəlir və işçi xanıma qarşı nalayiq yerlər üçün istifadə edəcəyini söyləyir. (Belə insanı məhz bu hərəkətinə görə qınamaq lazımdır).

Üstəlik Azad İstehsakçılar Birliyinin sədrinin onların dostu olduğunu qeyd edib, ona şikayət edəcəklər.

O da araşdırma aparılmadan bir insanın mülkünə, şəxsiyyətinə edilən zərə və təhqirə göz yumur.

45 AZN bir insanın şərəf və ləyaqətini biabır etmək üçün kifayət məbləğ imiş.

Hörmətli L. Qazibəyova və onun ailəsi, gəlib 45 AZN götürə bilərsiz, üstəlik nalayiq sözlərinizə və böhtana görə əlavə 45 AZN də verə bilərik. Biz isə hər zamankı kimi haqsızlıq qarşısında susaq".


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər